Mikayıl Çingiz oğlu Cabbarov
İqtisadiyyat naziri
Tərcümeyi-hal
Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı ildə anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub və 1997-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Sakit Okean Universitetinin MakCorc Hüquq Məktəbində təhsil alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. 1999-cu ildən Nyu-York Ştatı Vəkillər Assosiasiyasının üzvüdür.
1995–1999-cu illərdə bank sektorunda çalışıb, 1999–2002-ci illərdə hüquqşünas kimi fəaliyyət göstərib. 2002–2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003–2004-cü illərdə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti olub. 2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini təyin edilib. 2009-cu ildə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olub.
2013-cü ildə təhsil naziri, 2017-ci ildə vergilər naziri təyin edilib. 2019-cu il oktyabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilib.
Xəbərlərdə
-
Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır 21 oktyabr 2026
-
Mikayıl Cabbarov yunan-Roma güləşi millisini təbrik etdi 23 aprel 2026
-
Ceyhun Bayramovun qardaşı Mikayıl Cabbarovun müavini oldu 14 yanvar 2026
-
Mikayıl Cabbarov Pakistanın Baş naziri ilə görüşüb 26 noyabr 2025
-
Mikayıl Cabbarov Maykl Kratsios ilə görüşüb 8 avqust 2025
-
Mikayıl Cabbarov sabah Pakistana səfər edəcək 7 aprel 2025
-
Mikayıl Cabbarov Zəfər Günü ilə bağlı paylaşım edib 8 noyabr 2024