Məcnun Qadir oğlu Məmmədov
Kənd təsərrüfatı naziri
Tərcümeyi-hal
Məcnun Qadir oğlu Məmmədov 1983-cü il sentyabrın 15-də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit ixtisası üzrə bakalavr pilləsini bitirib. 2004–2006-cı illərdə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin təşkili və idarə edilməsi üzrə magistr dərəcəsi alıb. 2017-ci ildə ABŞ-ın SABIT proqramı çərçivəsində "Aqrobiznesdə innovasiya və səmərəlilik" kursunu bitirib.
2002-ci ildən qida sektorunda çalışmağa başlayıb, 2006–2007-ci illərdə hərbi xidmətdə olub. 2007–2010-cu illərdə "Deloitte & Touche" MMC-də maliyyə məsləhətçisi, 2010–2011-ci illərdə "AER" MMC-də işləyib. 2011–2015-ci illərdə "Modern" şirkətlər qrupunda biznesin inkişafı direktoru və idarə heyətinin üzvü olub. 2015–2018-ci illərdə "PMD Group"da satış, marketinq, investisiya və kənd təsərrüfatı portfeli üzrə direktor vəzifələrində çalışıb. 2018–2023-cü illərdə "Agro Food Investments" MMC-nin sədri və baş icraçı direktoru olub.
2023-cü il aprelin 14-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
Xəbərlərdə
-
Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edib 24 aprel 2026
-
Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib 6 sentyabr 2024
-
Məcnun Məmmədov ikitərəfli görüşlər keçirib 26 sentyabr 2023