Seymur Səfərli
Kənd təsərrüfatı nazirinin müavini
Tərcümeyi-hal
1976-cı il noyabrın 28-də anadan olub. Aqrar elmlər üzrə fəlsəfə doktorudur.
1998–1999-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin meliorasiya və hidrologiya kafedrasında laborant işləyib, 1999–2000-ci illərdə hərbi xidmətdə olub. 2000–2007-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunda kiçik elmi işçi, elmi işçi, laboratoriya müdiri, ümumi işlər üzrə direktor müavini, İxtisaslaşdırılmış Konstruktor-Texnoloji Bürosunun direktoru və şöbə müdiri vəzifələrində çalışıb.
2007–2011-ci illərdə həmin institutun, 2011–2015-ci illərdə AMEA-nın Eroziya və Suvarma İnstitutunun direktoru olub. 2015–2018-ci illərdə nazirliyin Bitkiçilik şöbəsinin müdir müavini, 2018–2024-cü illərdə “Azərşəkər” MMC-də kənd təsərrüfatı üzrə rəhbər, direktor və əməliyyatlar departamentinin rəhbəri, 2024-cü ilin sentyabrından 2026-cı ilin yanvarınadək nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1994–1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində “Meliorasiya mühəndis sistemlərinin tikintisi” ixtisası üzrə bakalavr, 1997–1999-cu illərdə həmin ixtisas üzrə magistr təhsili alıb. Aqrar elmlər üzrə fəlsəfə doktorudur.