Pərviz Oqtay oğlu Şahbazov
Energetika naziri
Tərcümeyi-hal
Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, 1988–1989-cu illərdə hərbi xidmətdə olub.
1990-cı ildən Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr idarəsində diplomatik fəaliyyətə başlayıb. 1992–1996-cı illərdə Almaniya Federativ Respublikasındakı səfirlikdə attaşe işləyib. 1996–2001-ci illərdə nazirliyin Avropa, ABŞ və Kanada ilə əlaqələr idarəsində müxtəlif vəzifələrdə çalışıb. 2001–2005-ci illərdə Avstriyadakı səfirlikdə müşavir, sonra müvəqqəti işlər vəkili olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun sədri seçilib.
2005–2016-cı illərdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, 2016–2017-ci illərdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri olub. 2017-ci il oktyabrın 12-də Azərbaycan Respublikasının energetika naziri təyin edilib.
Xəbərlərdə
-
Pərviz Şahbazov Braziliyaya səfər edib 2 oktyabr 2024
-
Pərviz Şahbazov GECF-in baş katibi ilə görüşüb 6 iyun 2024
-
Pərviz Şahbazov türkiyəli həmkarı ilə görüşüb 3 iyun 2024
-
Pərviz Şahbazov Gürcüstana səfər edib 15 may 2024