Ceyhun Əziz oğlu Bayramov
Xarici işlər naziri
Tərcümeyi-hal
Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini isə hüquq ixtisası üzrə bitirib.
1996–2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2000–2002-ci illərdə "Salans Hertzfeld & Heilbronn (Baku) Limited" şirkətində hüquqşünas, 2002–2013-cü illərdə "OMNI" hüquq şirkətinin direktoru olub. 2004–2012-ci illərdə "Chambers Global", "IFLR1000" və "Legal500" nəşrləri tərəfindən vergi və mülki hüquq sahələri üzrə aparıcı mütəxəssislərin siyahısına daxil edilib.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyinin aparat rəhbəri, 2013-cü il avqustun 12-dən təhsil nazirinin müavini olub. 2018-ci il aprelin 23-də təhsil naziri təyin edilib.
2020-ci il iyulun 16-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının xarici işlər naziri təyin edilib.
Xəbərlərdə
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb 16 oktyabr 2026
-
Ceyhun Bayramov Arye Laytstounla görüşüb 6 oktyabr 2026
-
Ceyhun Bayramov Marko Rubio ilə telefonla danışıb 5 oktyabr 2026
-
Ceyhun Bayramov: 30 ildə 3500-dən çox mina qurbanı qeydə alınıb 26 sentyabr 2026
-
Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq 26 sentyabr 2026
-
Ceyhun Bayramov Feridun Sinirlioğlu ilə görüşüb 25 sentyabr 2026
-
Ceyhun Bayramov və Mirzoyan nəqliyyat infrastrukturunu müzakirə edib 25 sentyabr 2026
-
Ceyhun Bayramov Zəngəzur dəhlizi ilə bağlı detalları açıqladı 15 sentyabr 2026
-
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bənzərsizdir 15 sentyabr 2026