Əsas məzmuna keç
Fariz Fikrət oğlu Rzayev

Fariz Fikrət oğlu Rzayev

Xarici işlər nazirinin müavini

Mənbə: mfa.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1977-ci ildə Bakı şəhərində anadan olub.

2000–2003-cü illərdə Xarici İşlər Nazirliyində işləyib, 2003–2005-ci illərdə Azərbaycan Respublikasının ATƏT yanında Vyanadakı Daimi Nümayəndəliyində çalışıb. 2005–2008-ci illərdə nazirlikdə diplomatik xidmətini davam etdirib, 2008–2011-ci illərdə Brüsseldə Avropa İttifaqı yanında Azərbaycan Nümayəndəliyinə ezam olunub, 2011–2013-cü illərdə yenidən Xarici İşlər Nazirliyində işləyib.

2013–2015-ci illərdə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2015-ci ilin iyunundan 2017-ci ilin yanvarınadək nazirliyin aparat rəhbərinin müavini, 2017-ci ilin yanvarından iyununadək aparat rəhbəri olub. 2017-ci ilin iyunundan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini vəzifəsində çalışıb. 2020-ci ilin sentyabrından xarici işlər nazirinin müavinidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1994–1998-ci illərdə Bakı Dövlət Sosial İdarəetmə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin ixtisas üzrə magistr pilləsini bitirib.