Rəşad Sahil oğlu İsmayılov
Ekologiya və təbii sərvətlər naziri
Tərcümeyi-hal
Rəşad Sahil oğlu İsmayılov 1979-cu il avqustun 27-də anadan olub. Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.
2000-ci ildə "Zəhmət" müəssisəsində, 2005–2006-cı illərdə "Star LTD" MMC-də hüquq məsləhətçisi işləyib. 2006-cı ildə Gəncə Auditorlar Təşkilatında hüquqşünas, 2006–2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquq məsləhətçisi vəzifələrində çalışıb. 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsində baş hüquq məsləhətçisi, 2010–2012-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda hüquq məsləhətçisi olub.
2012–2013-cü illərdə hüquqi ekspertiza sektorunda baş məsləhətçi, 2013–2016-cı illərdə həmin sektorun müdiri, 2016–2018-ci illərdə hüquq və nəzarət şöbəsinin müdir müavini və müdiri, 2018–2019-cu illərdə hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifələrində işləyib. 2019–2024-cü illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri, 2024-cü ildən 2026-cı ilədək ekologiya və təbii sərvətlər nazirinin birinci müavini olub.
2026-cı il fevralın 10-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Xəbərlərdə
-
Rəşad İsmayılova yüksək VƏZİFƏ VERİLDİ - FOTO 16 avqust 2024