Əsas məzmuna keç
Umayra Tağıyeva

Umayra Tağıyeva

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Mənbə: eco.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1968-ci il aprelin 3-də anadan olub. Coğrafiya üzrə fəlsəfə doktorudur.

1990–1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik və mühəndis, 1993–2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001–2015-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru olub. 2015–2018-ci illərdə AMEA Coğrafiya İnstitutunun aqroiqlimşünaslıq şöbəsində aparıcı elmi işçi, 2018-ci ildən nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri və Milli Hidrometeorologiya Departamentinin direktoru, 2020–2023-cü illərdə Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifələrində çalışıb.

2023-cü il martın 4-dən ekologiya və təbii sərvətlər nazirinin müavinidir. 46 elmi məqalənin müəllifi, 5 kitabın həmmüəllifidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1994–1997-ci illərdə AMEA Coğrafiya İnstitutunun aspirantı olub; coğrafiya üzrə fəlsəfə doktorudur.

Xəbərlərdə