Əsas məzmuna keç

Kalkulyator

Məzuniyyət kalkulyatoru 2026

AZN
gün

Məzuniyyət haqqı · 21 gün

690,79 ₼

Əlinizə 597,41 ₼ · tutulmalar 93,38 ₼

Məzuniyyət
5 oktyabr — 25 oktyabr
İşə çıxış
bazar ertəsi, 26 oktyabr 2026
Pul verilməlidir
ən geci 2 oktyabr, cümə

Əmək Məcəlləsi 2026 · yoxlanılıb 1 okt · Mənbələr

AZN

Mükafatlar, daimi əlavələr, xəstəlik vərəqəsi və əvvəlki məzuniyyət haqları daxildir; birdəfəlik mükafat, maddi yardım və ezamiyyə ödənişləri daxil deyil. Məzuniyyət ayından əvvəlki 12 ay; az işləmisinizsə, faktiki işlədiyiniz tam aylar (m. 140.2).

Necə hesablandı

  • Orta aylıq əmək haqqı12 000 ÷ 121 000,00 ₼
  • Bir günlük əmək haqqı1 000 ÷ 30,432,89 ₼
  • Orta əmək haqqına görə1 000 ÷ 30,4 × 21690,79 ₼
  • Son maaşa görə minimum681,82 ₼
  • Ödənilən məzuniyyət haqqıhansı çoxdursa, o ödənilir690,79 ₼
  • Əlinizə çatan597,41 ₼

Ayın qalan iş günlərini işlədiyiniz fərz edilir.

Necə müqayisə olunur və vergi necə tutulur?

2026-cı ildən məzuniyyət haqqı sonuncu əmək haqqından az ola bilməz (m. 111.1). Müqayisə qaydasını qanun yazmayıb; kalkulyator Əmək Nazirliyinin izahındakı üsulu tətbiq edir: aylıq maaş ÷ ayın iş günləri × məzuniyyətə düşən iş günləri, hər ay ayrıca.

Məzuniyyət haqqından əmək haqqı kimi gəlir vergisi, DSMF, işsizlikdən və icbari tibbi sığorta haqları tutulur. Vergi Xidmətinin izahına görə hər aya düşən hissə həmin ayın maaşına əlavə edilib birlikdə vergiyə cəlb olunur; ayın qalan iş günlərini işlədiyiniz fərz edilir.

Təqvimdə

məzuniyyət bayram, hüzn günü — sayılmır, uzadır köçürülmüş istirahət köçürülmüş istirahət — məzuniyyət günü sayılır işə çıxış

Neçə gün məzuniyyət hüququnuz var?

Kimsiniz

Ümumi əmək stajı

Uşaqlar

Qadınlara, uşağını təkbaşına böyüdən atalara və övladlığa götürənlərə (m. 117)

Ən azı 6 gün; günlər Nazirlər Kabinetinin siyahısındadır (m. 115)

Bu kateqoriyaya staj, şərait və uşaqlara görə əlavə günlər verilmir (m. 116.3, 117.4).

  • Əsas məzuniyyət21 təqvim günü
  • Cəmi21 təqvim günü

Əlavə günlər əsas məzuniyyətə birləşdirilir. 2026-cı ildən şəraitə və staja görə əlavələrin hər ikisi verilir (m. 136.2) — əvvəl yalnız uzunu verilirdi. Əmək və ya kollektiv müqavilə daha çox gün verə bilər.

Suallar

Məzuniyyət haqqı necə hesablanır?

Məzuniyyət ayından əvvəlki 12 ayın əmək haqqı cəmlənib 12-yə, sonra 30,4-ə bölünür — bu, bir günlük orta əmək haqqıdır; məzuniyyətin təqvim günlərinə vurulur (m. 140.3). Məsələn, 1 000 manat maaşla 21 gün: 1 000 ÷ 30,4 × 21 = 690,79 manat. 2026-cı ildən nəticə məzuniyyətə düşən iş günləri üçün son maaşla hesablanan məbləğdən az olmamalıdır (m. 111.1).

Bayram günü məzuniyyətə düşəndə nə olur?

Bayram, ümumxalq hüzn günü və seçki günü məzuniyyət günü sayılmır və ödənilmir, amma məzuniyyət o qədər gün uzanır (m. 114.6). Şənbə və bazar isə məzuniyyət günüdür: məzuniyyət təqvim günü ilə sayılır.

Məzuniyyət pulu nə vaxt verilməlidir?

Ən geci məzuniyyətin başlanmasına 3 gün qalmış. Əmək və ya kollektiv müqavilə başqa gün təyin edə bilər, amma növbəti əmək haqqı (avans və ya qalıq) günündən gec olmamaqla (m. 140.5). Pul gecikəndə işçi məzuniyyətin pulun verildiyi gündən başlamasını tələb edə bilər (m. 140.6).

Məzuniyyət haqqından vergi tutulurmu?

Bəli, əmək haqqı kimi: gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları. Hər aya düşən hissə həmin ayın maaşına əlavə edilib birlikdə vergiyə cəlb olunur, ona görə də iki aya düşən məzuniyyətin vergisi iki ayın maaşı ilə hesablanır.

İşə yeni başlayan nə vaxt məzuniyyətə çıxa bilər?

Birinci iş ili üçün altı ay işlədikdən sonra (m. 131.1). 18 yaşınadək işçilər, hamiləlik və doğuş məzuniyyətindən əvvəl və ya sonra qadınlar, əlilliyi olanlar və bəzi digər işçilər altı ayı gözləmir (m. 131.4). 12 aydan az işləyənin orta maaşı faktiki işlədiyi tam aylarla hesablanır (m. 140.2).

Məzuniyyəti hissələrə bölmək olarmı?

İşçinin istəyi və işəgötürənin razılığı ilə olar, amma hissələrdən biri ən azı 14 təqvim günü olmalıdır (m. 137.1). Qalan hissə iş ili bitənədək istifadə edilir və ya növbəti ilin məzuniyyətinə birləşdirilir.

İşdən çıxanda istifadə olunmamış məzuniyyət nə olur?

İstifadə olunmamış bütün illərin məzuniyyəti üçün eyni düsturla kompensasiya ödənilir (m. 140.4, 144.2). Konstitusiya Məhkəməsinin 18 fevral 2026-cı il qərarına görə əlavə məzuniyyət günləri üçün də kompensasiya verilməlidir. İşçi pul əvəzinə məzuniyyətə çıxıb, son gününü işdən çıxma tarixi edə bilər (m. 143).