Əsas məzmuna keç
Vüqar Kərimov

Vüqar Kərimov

Ekologiya və təbii sərvətlər nazirinin müavini

Mənbə: eco.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1973-cü il aprelin 2-də anadan olub.

1995–1998-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında təhsil alıb, 1998–2008-ci illərdə həmin institutda elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, laboratoriya və şöbə müdiri vəzifələrində çalışıb. 2008–2010-cu illərdə SOCAR-ın Ekologiya İdarəsinin Yaşıllaşdırma departamentinin rəis müavini və rəisi, 2010-cu ildən Ekologiya İdarəsinin rəis müavini, 2012–2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini olub.

2018-ci il iyunun 11-dən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb, 2020-ci il aprelin 14-dən nazir müavinidir. Biologiya elmləri namizədi, botanika ixtisası üzrə dosentdir; 65 elmi əsərin və 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II və III nəşrinin həmmüəlliflərindəndir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1995-ci ildə Gəncə Dövlət Universitetini “biologiya və kimya”, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını “dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi, dosentdir.