Əsas məzmuna keç
Fərid Turab oğlu Əhmədov

Fərid Turab oğlu Əhmədov

Ədliyyə naziri

Mənbə: justice.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

Fərid Turab oğlu Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. 2004-cü ildə “British Chevening” təqaüd proqramı ilə Böyük Britaniyanın Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə ikinci magistr dərəcəsini fərqlənmə diplomu ilə alıb.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Həmin il “Weidenfeld” təqaüdü ilə Oksford Universitetinə daxil olub və 2017-ci ildə orada da hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2004–2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, 2006–2007-ci illərdə Milli Məclisin Aparatında müxtəlif vəzifələrdə çalışıb. 2009–2011-ci illərdə Oksford Universitetində hüquq sahəsində pedaqoji fəaliyyətlə məşğul olub, 2011–2015-ci illərdə ADA Universitetində hüquq üzrə baş müəllim işləyib. 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru olub.

2017–2020-ci illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktorunun müavini olub. 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ildə həmin nazirliyin nazir müavini təyin edilib. 2023-cü ildən 2024-cü ilin fevralınadək BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü olub.

2024-cü il fevralın 27-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Xəbərlərdə