Əsas məzmuna keç
Abiddin Qabil oğlu Hüseynov

Abiddin Qabil oğlu Hüseynov

Ədliyyə nazirinin müavini

Mənbə: justice.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1977-ci ildə Neftçala rayonunda anadan olub.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb; 2000–2010-cu illərdə Beynəlxalq hüquqi məsələlər şöbəsində müxtəlif vəzifələrdə, Aparat rəhbərinin köməkçisi, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini vəzifələrində çalışıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib, 2013–2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2020-ci ildən 2024-cü il iyunun 4-dək Ali Məhkəmənin hakimi olub.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib. Məhkəmə-Hüquq Şurasının üzvüdür. 2025-ci il 26 noyabr tarixli Sərəncamla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsinin bakalavr, 1999-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının hüquq fakültəsini ikinci ali təhsil üzrə başa vurub.