Əsas məzmuna keç
Mirsaleh Miradil oğlu Seyidov

Mirsaleh Miradil oğlu Seyidov

Ədliyyə nazirinin müavini — Penitensiar Xidmətin rəisi

Mənbə: justice.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

1999-cu ildə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində inspektor kimi əmək fəaliyyətinə başlayıb. 2001-ci ilin avqustunda həmin baş idarənin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabrından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə, 2008-ci ilin fevralından əməliyyat-rejim işləri üzrə rəis müavini olub.

2009-cu ilin fevralından Penitensiar xidmətin 15 saylı, 2011-ci ilin avqustundan 2016-cı ilin fevralınadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2016-cı ilin fevralından 2023-cü ilin iyulunadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 iyul tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi təyin edilib; 2023-cü il noyabrın 21-də ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2002-ci ildə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.