Əsas məzmuna keç
Mübariz Hüseyn oğlu Əhmədov

Mübariz Hüseyn oğlu Əhmədov

Ədliyyə nazirinin müavini

Mənbə: justice.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1980-ci ildə Bakı şəhərində anadan olub.

2002–2005-ci illərdə Sumqayıt və Qazax hərbi prokurorluqlarında müstəntiq işləyib. 2005–2011-ci illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hüquqi təminat şöbəsində və Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror və böyük prokuror, 2011–2015-ci illərdə Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəis müavini — Vətəndaşların qəbulu şöbəsinin rəisi, 2015–2017-ci illərdə Baş Prokurorun böyük köməkçisi, 2017–2020-ci illərdə Qusar rayon prokuroru vəzifələrində çalışıb.

2020-ci il iyunun 29-dan 2024-cü il sentyabrın 7-dək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib. 2021-ci ildə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1996–2002-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, hüquqşünaslıq ixtisası üzrə bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

Xəbərlərdə