Əsas məzmuna keç
Eldar Qasım oğlu Nuriyev

Eldar Qasım oğlu Nuriyev

Ədliyyə nazirinin müavini

Mənbə: justice.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1955-ci ildə Lənkəran şəhərində anadan olub.

Əmək fəaliyyətinə Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi kimi başlayıb. 1993-cü ildə Bakı şəhər prokurorluğuna rəhbər işə göndərilərək Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, sonra Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Hüquq mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb. 2000-ci ilin oktyabrından Baş prokurorun müavini, 2006-cı ilin aprelindən 2019-cu ilin noyabrınadək Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri olub.

2019-cu il dekabrın 25-dən ədliyyə nazirinin müavinidir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. 2016-cı il 3 fevral tarixli Fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının sədri təyin edilib.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.