Toğrul Aydın oğlu Hüseynov
Ədliyyə nazirinin müavini
Tərcümeyi-hal
1986-cı ildə Bakı şəhərində anadan olub.
2010–2013-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2013–2016-cı illərdə Qanunvericilik baş idarəsində müxtəlif vəzifələrdə çalışıb. 2016–2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq şöbəsində bölmə rəisi, 2017-ci ilin avqustundan 2024-cü ilin aprelinədək Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Birinci vitse-prezidentin Katibliyində baş məsləhətçi vəzifələrində işləyib.
2024-cü ilin aprelindən sentyabrınadək Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 sentyabr tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib.
Təhsil
2007-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2010-cu ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildə ABŞ-ın Missuri Universitetində dövlət idarəetməsi üzrə magistr dərəcəsi, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.