Anar Rəhim oğlu Əliyev
Əmək və əhalinin sosial müdafiəsi naziri
Tərcümeyi-hal
Anar Rəhim oğlu Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bakalavr, 2002-ci ildə magistr dərəcəsi ilə bitirib. 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000–2006-cı illərdə 1 saylı Yerli İqtisad Məhkəməsində məhkəmə iclası katibi işləyib. 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin hüquq şöbəsində baş məsləhətçi, 2008–2018-ci illərdə həmin şöbənin müdiri olub. 2018-ci il oktyabrın 30-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri, həmin tarixdən isə nazir müavini vəzifəsində çalışıb.
2025-ci il fevralın 7-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Xəbərlərdə
-
Yeni nazir Anar Əliyev KİMDİR? – DOSYE 7 fevral 2025
-
Anar Əliyev nazir təyin edildi 7 fevral 2025