Rəşad Əzizağa oğlu Mustafayev
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Tərcümeyi-hal
1978-ci ildə anadan olub.
2000–2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq departamentində aparıcı məsləhətçi, 2001–2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində çalışıb.
2015–2023-cü illərdə SOCAR-ın “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub; bu dövrdə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri layihələrində iştirak edib. 2023–2025-ci illərdə SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 aprel tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr pilləsini fərqlənmə ilə bitirib. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müvafiq olaraq bakalavr və magistr təhsilini başa vurub. Instituto de Empresa (IE) Biznes Məktəbinin məzunudur.