Zaur Rafik oğlu Əliyev
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Tərcümeyi-hal
1981-ci ildə anadan olub.
2003–2009-cu illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London ofislərində, 2010–2015-ci illərdə “PAŞA Holdinq” MMC-də və “PAŞA Sığorta” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, sonra həmin agentliyin İdarə Heyətinin sədri olub.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 aprel tarixli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib.
Təhsil
1997–2000-ci illərdə Böyük Britaniyanın “Cambridge Regional College” məktəbində orta təhsil alıb, 2000–2003-cü illərdə “East Anglia” Universitetində mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb.