Əsas məzmuna keç
Hidayət Kaviz oğlu Abdullayev

Hidayət Kaviz oğlu Abdullayev

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Mənbə: sosial.gov.az · yoxlanılıb 08.09.2026

Tərcümeyi-hal

1979-cu ildə Gəncə şəhərində anadan olub.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 2007-ci ildən “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin icraçı direktoru olub, 2008-ci ildən sığorta və bank sistemində, habelə bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarə olunması sahələrində işləyib. 2011-ci ildən İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində çalışıb.

2018-ci ilin avqustundan əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2018-ci ilin dekabrından isə nazirliyin Aparat rəhbəri olub. Hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinidir.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr pilləsi üzrə bitirib. 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi alıb.