Fərid Fazil oğlu Qayıbov
Gənclər və idman naziri
Tərcümeyi-hal
Fərid Fazil oğlu Qayıbov 1979-cu il aprelin 24-də Bakı şəhərində anadan olub. 1995-ci ildə Bakı şəhərindəki 1 saylı orta ümumtəhsil məktəbini bitirib və həmin il Nazirlər Kabineti yanında Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə biznesin idarə edilməsi ixtisası üzrə bakalavr, 2001-ci ildə magistr dərəcəsi alıb. 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərindəki P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqogika üzrə elmlər namizədi dərəcəsi alıb.
2003-cü ildən gimnastika federasiyasında menecer və baş menecer vəzifələrində çalışıb, Avropa və dünya çempionatlarının, Beynəlxalq Gimnastika Federasiyasının Dünya Kubokları yarışlarının icraçı direktoru olub. 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti, 2017-ci ilin dekabrında prezidenti seçilib. 2013-cü ildən Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür.
2021-ci il sentyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib.
Xəbərlərdə
-
Fərid Qayıbov Estoniyaya səfər edib 10 dekabr 2024
-
Fərid Qayıbov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb 14 oktyabr 2024
-
Fərid Qayıbov Qazaxıstanda səfərdə olub 10 sentyabr 2024
-
Fərid Qayıbov: “Yəqin ki, işi düzgün qurmamışıq” 21 iyun 2023
-
Fərid Qayıbov EOC prezidenti ilə görüşüb 8 iyun 2023
-
Fərid Qayıbov komitənin sədri TƏYİN EDİLDİ 11 mart 2023
-
Fərid Qayıbov: “Klubların sayı artırılıb” 7 mart 2023