Əsas məzmuna keç

Fərid Qayıbov Misir nümayəndə heyətini qəbul edib

Fərid Qayıbov Misir nümayəndə heyətini qəbul edib
— Foto: Report.az

Görüşdə Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

en ru tr

Gənclər və idman naziri Anlaşma Memorandumunun icrası çərçivəsində Azərbaycana səfər edən Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Gənclər və İdman Nazirliyinin İdmanın İnkişafı üzrə Mərkəzi Administrasiyasının rəhbəri doktor Mahmud Abdeləziz Abdalla Alinin başçılıq etdiyi ilə görüşdə iki ölkə arasında gənclər və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Tərəflər qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, idman sahəsində birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclər siyasəti istiqamətində əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin praktiki icrası və gələcək birgə fəaliyyət imkanları da müzakirə edilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…