Əsas məzmuna keç

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
— Foto: idman.biz

Suraxanı rayonunda yerləşən ikimərtəbəli idman zalının ümumi sahəsi 1115 kvadratmetrdir. Kompleksdə müxtəlif idman növləri üzrə məşqlər və yarışlar keçirilə biləcək.

en ru

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri noyabrın 16-da Bakının Suraxanı rayonunda Qaraçuxur İdman Zalının açılışında iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov Leyla Əliyevaya idman zalında yaradılan şərait barədə məlumat verib.

İdman zalının tikintisinə Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənən “ şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” əsasında başlanılıb.

Ümumi sahəsi 1115 kvadratmetr olan ikimərtəbəli binada universal idman, aerobika və rəqs, eləcə də trenajor zalları yaradılıb. Burada gimnastika, güləş, taekvondo, karate, cüdo, badminton, voleybol və basketbol üzrə məşqlər və yarışlar təşkil etmək mümkün olacaq.

Kompleksin ərazisində açıq hava idman meydançası, uşaqlar üçün minifutbol meydançası və yer tipli şahmat sahəsi də inşa edilib. İdman zalında məşqçilər və idmançılar üçün zəruri şərait yaradılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…