Əsas məzmuna keç

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
— Foto: idman.biz

Xankəndi Şəhər Stadionu əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Arenada 8 554 tamaşaçı yeri yaradılıb və obyekt UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun qurulub.

en ru

İlham noyabrın 7-də əsaslı yenidənqurmadan sonra Xankəndi Stadionunun açılışında iştirak edib. Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılan şərait barədə məlumat verib.

Stadionun imkanları

1956-cı ildə istifadəyə verilən Xankəndi Şəhər Stadionunun yenidən qurulmasına 2023-cü ildə şəhər erməni işğalından azad edildikdən sonra başlanılıb. Ərazisi genişləndirilərək 3,39 hektara çatdırılan stadion UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılıb.

Stadionda ümumilikdə 8 554 tamaşaçı yeri var. Onlardan 8 214-ü standart oturacaqlar, 251-i xüsusi qonaqlar, 59-u media nümayəndələri, 30-u isə fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulub.

Ölçüləri 105x68 metr olan futbol meydançasına süni örtük döşənib. Meydançanın ətrafındakı atletika zonasında 100 metr, eləcə də 200 metrdən 10 000 metrədək qaçış, maneələrlə qaçış və uzununa tullanma üçün sahələr var.

Obyektdə futbolçular, texniki heyət, hakimlər, məşqçilər və media nümayəndələri üçün otaqlar, konfrans zalı və tibb məntəqəsi yaradılıb. Azərbaycanda ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatı və festivalı keçirilib. Gələn il isə ölkədə 20 yaşadək kişi futbolçular arasında FIFA U-20 dünya çempionatı təşkil olunacaq.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…