Gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən “Qələbə qaçışı”nda iştirakçıların sayının 2000-i ötdüyünü bildirib. O, yarış zamanı jurnalistlərə açıqlamasında tədbirin artıq ənənəyə çevrildiyini və kütləvi idman tədbirlərinə marağın artdığını deyib.
Qayıbovun sözlərinə görə, Vətən müharibəsində qazanılan Zəfərin altıncı ildönümünə həsr olunan qaçış bu il altıncı dəfə təşkil edilir. Nazir əlverişli hava şəraiti və iştirakçıların yüksək əhvali-ruhiyyəsindən məmnunluğunu ifadə edib.
O, yarışa qatılanların sayının hər il artdığını, xüsusilə qadınların belə tədbirlərə marağının yüksəlməsini müsbət qarşıladıqlarını qeyd edib. Qayıbovun bildirdiyinə görə, ölkədə il ərzində müxtəlif məsafələrə, o cümlədən 3 və 5 kilometrlik qaçış yarışları keçirilir, hər il yarımarafon təşkil olunur.
Nazir əlavə edib ki, yarımarafon bu il tam marafon formatına keçirilib. Onun fikrincə, bu cür tədbirlər idmançıları daha böyük yarışlara hazırlamaq üçün stimul rolunu oynayır. Qayıbov bütün iştirakçıları, xüsusilə finiş xəttinə çatanları təbrik edib.
Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “Qələbə qaçışı” 2021-ci ildən etibarən hər il keçirilir.