Oktyabrın 24-də Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Ruandanın idman üzrə dövlət naziri Rveqp Nqarambe ilə görüşüb.
Ruanda rəsmisi FIFA U-15 dünya çempionatı və festivalında iştirak etmək üçün Azərbaycana səfər edib.
Görüşdə idmanın inkişafı sahəsində təcrübə və fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanla Ruanda arasında idman sahəsində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.