Əsas məzmuna keç

Bakıda deputatın oğlu ölümlə nəticələnən davaya qarışdı - DETALLAR

Bakıda deputatın oğlu ölümlə nəticələnən davaya qarışdı - DETALLAR

Xətai rayonunda baş verən kütləvi insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə polisə könüllü təslim olaraq saxlanılıb.

en ru

Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.

Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.
Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.

Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.

***

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Oxu.az-a istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı , digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda deputatın oğlu ölümlə nəticələnən davaya qarışdı - DETALLAR

Bakıda deputatın oğlu ölümlə nəticələnən davaya qarışdı - DETALLAR

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…