Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkənin qardaşlıq münasibətlərindən güc alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.
Türkiyə Prezidenti Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü bir daha təbrik edib.
Ərdoğan, həmçinin İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşünə dəvət edib.