Əsas məzmuna keç

Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq

Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq

Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu...

en ru

ilə arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Azərbaycandan qayıdarəkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə bildirib ki, bu vəhdətin müəyyən dairələrdə narahatlıq doğurduğu hamıya bəllidir.

"Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir".

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tale birliyi və qardaşlıq əlaqələrinin mövcud olduğunu da vurğulayıb:

"Türkiyə və Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və rifahın bərqərar edilməsi yolunda çiyin-çiyinə birgə irəliləməyə davam edəcək".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…