“Araz-Naxçıvan”ın prezidenti Ceyhun Sultanov Misli Premyer Liqasının ilk dövrəsində komandanın çıxışını dəyərləndirib və müdafiədəki problemlərdən danışıb.
“İlk dövrədə qələbə qazana biləcəyimiz oyunlar var idi. Sadəcə, üstünlüyümüzü qoruya bilmədik. Öz səhvlərimiz səbəbindən ilk dövrəni qələbəsiz başa vurduq. Qapımızda çox bəsit qollar görürük”, – Sultanov bildirib.
Klub prezidenti müdafiədə diqqətsizliyin rəqiblərə qol imkanları yaratdığını deyib. “Qol vurub, eyni zamanda qol buraxırıqsa, deməli, müdafiədə problemimiz var. Bunu aradan qaldırmalı və buraxdığımız səhvlər üzərində işləməliyik”, – o qeyd edib.
Sultanov komandanın zədəli futbolçularının sayının çox olduğunu da vurğulayıb. Hazırda beş-altı oyunçu zədəlidir. Onun sözlərinə görə, bu, “Araz-Naxçıvan” kimi komandalar üçün çətinlik yaradır. Prezident müdafiə oyununu yaxşılaşdırmaq və səhvləri düzəltmək işinin məşqçilər heyətinin üzərinə düşdüyünü bildirib.
“Araz-Naxçıvan” 11 turdan sonra dörd xalla turnir cədvəlinin sonuncu, 12-ci pilləsində qərarlaşıb.
Kontekst
2026-cı il oktyabrın 22-də Ceyhun Sultanov “Araz-Naxçıvan”ın Misli Premyer Liqasının səkkiz turundan sonra topladığı iki xallıq nəticədən narazı olduğunu bildirmiş və komandanın vəziyyətdən çıxacağına inandığını demişdi.