Misli Premyer Liqasının XI turunda “Şəfa” “Araz-Naxçıvan”la qarşılaşıb. “SOCAR Polymer Arena”da keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Şəfa”nın heyətində Bafode Dansoko 6-cı, Arsen Ağcabəyov isə 39-cu dəqiqədə fərqlənib. “Araz-Naxçıvan”ın qollarını Ağadadaş Salyanskiy 35-ci, Mohamed Mara 43-cü dəqiqədə vurub.
Bu nəticədən sonra “Şəfa” 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 4 xalı olan “Araz-Naxçıvan” isə 12 komanda arasında sonuncu yerdədir.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” isə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.