Misli Premyer Liqasında X turun son qarşılaşmasında “Sumqayıt” “Şəfa” ilə üz-üzə gələcək. I dövrənin X turuna aid oyun noyabrın 2-də “SOCAR Polymer Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.
“Sumqayıt” 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Qonaq komanda “Şəfa” isə 3 xalla 11-cidir.
Matçın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Zöhrab Abbasov, Tərlan Talıbzadə və Əli Əliyev kömək edəcəklər. VAR hakimi Rauf Cabarov, AVAR hakimi Gülnurə Əkbərzadə, hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Törə Əhmədovadır.
X turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”ı 3:2, “Neftçi” “Şamaxı”nı 3:2, “Kəpəz” “İmişli”ni 1:0 hesabı ilə məğlub edib. “Araz-Naxçıvan” – “Zirə” matçı 2:2, “Qəbələ” – “Qarabağ” görüşü isə 0:0 hesabı ilə başa çatıb.