“Şəfa” və “Turan Tovuz” Misli Premyer Liqasının VII turunda qarşılaşacaqlar. Oktyabrın 11-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Matçı Əli Əliyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər, Murad Səlimov isə dördüncü hakim olacaq.
VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi Müslüm Əliyev təyin olunub. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Elçin Məmmədov olacaq.
Bu, komandaların tarixdə ilk rəsmi qarşılaşması olacaq. Tərəflər indiyədək bir-birinə qarşı oyun keçirməyiblər. Beləliklə, hər iki klub ilk görüşdə həm rəqibi üzərində qələbə qazanmağa, həm də çempionatın turnir cədvəlində xallarını artırmağa çalışacaq.