Əsas məzmuna keç

“Kəpəz” “Şəfa” ilə, “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq

“Kəpəz” “Şəfa” ilə, “Neftçi” “Turan Tovuz”la qarşılaşacaq
— Foto: Report.az

Misli Premyer Liqasının IX turunda bu gün iki oyun keçiriləcək. “Şəfa” – “Kəpəz” matçı saat 16:30-da, “Neftçi” – “Turan Tovuz” görüşü isə 19:00-da başlayacaq.

en ru

Misli Premyer Liqasının I dövrəsinin IX turunda bu gün daha iki oyun keçiriləcək.

Günün ilk oyunu

Saat 16:30-da “” “”i qəbul edəcək. Gəncə klubu 11 xalla turnir cədvəlinin 7-ci, meydan sahibləri isə 3 xalla 11-ci pilləsindədir. Qarşılaşma “SOCAR Polymer Arena”da baş tutacaq.

Matçın baş hakimi Cavid Cəlilov olacaq. Ona Kamran Bayramov, Müslüm və Kamran Əliyev kömək edəcəklər. VAR-da Vüqar Həsənli, AVAR-da Namiq Hüseynov işləyəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Asif Əliyev olacaq.

“Neftçi” evdə oynayacaq

Saat 19:00-da “” “”u qəbul edəcək. “Ağ-qaralar” 17 xalla ikinci, Qərb təmsilçisi 14 xalla beşinci yerdədir. Görüş “Palms Sports Arena”da keçiriləcək.

Oyunu Əli Əliyev idarə edəcək. Rəhman İmami, Rahil Ramazanov və Elvin Bayramov yan xətt hakimləri olacaq. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Şirmamed Mamedov çalışacaq. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi Zümrüd Ağayeva təyin olunub.

Ötən gün “Qəbələ” “Araz-Naxçıvan”ı 2:1, “Zirə” isə “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…