Misli Premyer Liqasının VIII turunun oyunlarını stadionlardan ümumilikdə 30 800 azarkeş izləyib. Bu, cari mövsümün rekord göstəricisidir.
Ən çox tamaşaçı “Kəpəz” – “Zirə” və “Qarabağ” – “Neftçi” matçlarında qeydə alınıb. Gəncə təmsilçisinin nominal ev oyununu 13 800, Azərbaycan derbisini isə 13 500 seyrçi izləyib.
- “Kəpəz” – “Zirə” (1:1) — 13 800 tamaşaçı;
- “Qarabağ” – “Neftçi” (3:3) — 13 500 tamaşaçı;
- “Şamaxı” – “Şəfa” (3:2) — 1 200 tamaşaçı;
- “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) — 1 200 tamaşaçı;
- “Qəbələ” – “Sabah” (0:4) — 750 tamaşaçı;
- “İmişli” – “Turan Tovuz” (1:0) — 350 tamaşaçı.
Tur üzrə orta tamaşaçı sayı 5 133 nəfər olub. Buna qədər mövsümün rekordu IV turda qeydə alınmışdı: həmin turun oyunlarını 24 512 azarkeş izləyib.