Əsas məzmuna keç

Narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Narkotikin təsiri altında qaydaları pozan sürücü saxlanılıb

Bakı-Sumqayıt yolunda avtomobili sərxoş vəziyyətdə idarə edən şəxs saxlanılıb. Yol polisi tərəfindən saxlanılan sürücü barəsində inzibati həbs qərarı verilib.

en ru

Narkotik vasitənin altında idarə edən şəxs saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsindən bildirilib.

Məlumata görə, paytaxt sakini Bəxtiyar Ağayev “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud qayda pozuntularına yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri təqdim etməkdən imtina edən sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı B.Ağayevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Məhkəmənin qərarı ilə B.Ağayev 20 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…