Əsas məzmuna keç

Ramiz Mehdiyev yaddaşını itirib? Oğlundan ŞOK İFADƏ

Ramiz Mehdiyev yaddaşını itirib? Oğlundan ŞOK İFADƏ

Timur Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsindəki dindirilmədə atasının yaddaş pozğunluğundan əziyyət çəkdiyini və davranışlarına nəzarət edə bilmədiyini deyib.

en ru

Administrasiyasının sabiq rəhbəri Mehdiyevin üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" Gununsesi.info-ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.

T. istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.

"Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur", - deyə oğul Mehdiyev bildirib.

Xatırladaq ki, R.Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.

O, Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini qanunsuz yolla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü - dövlətə xəyanət və 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, çirkli pulların yuyulması maddələri ilə təqsirləndirilib.

Sabiq PA rəhbəri hazırda Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…