Misli Premyer Liqasının VIII turunda “Qarabağ”ın qonağı olacaq “Neftçi” matça bir itki ilə çıxacaq. Komandanın mətbuat katibi Asəf Zeynallı bildirib ki, müdafiəçi Murad Xaçayev qarşılaşmada iştirak edə bilməyəcək.
Xaçayev məşq zamanı zədələnib. Futbolçunun sol topuq oynağında bir neçə bağın gərilməsi qeydə alınıb. Komandada başqa zədəli və ya cəzalı oyunçu yoxdur.
“Qarabağ” – “Neftçi” görüşü bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun start fiti saat 19:00-da səsləndiriləcək.
Hər iki komandanın hesabında 16 xal var. “Qarabağ” turnir cədvəlinin üçüncü, “Neftçi” isə birinci pilləsində qərarlaşıb.