Əsas məzmuna keç

Sudan ödənişli istifadə Qaydaları ilə bağlı QƏRAR

Sudan ödənişli istifadə Qaydaları ilə bağlı QƏRAR

Sudan ödənişli istifadə Qaydaları ilə bağlı QƏRAR

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda sudan istifadəyə görə yeni qaydalar təsdiqləndi – Ödənişlər necə hesablanacaq?

Azərbaycanda su obyektlərindən istifadə, suyun götürülməsi və tullantı sularının axıdılmasına görə ödənişlərin hesablanması qaydaları yenilənib. Yeni qaydalar suyun həcminin müəyyənləşdirilməsi, ödənişlərin həyata keçirilməsi və su qıtlığı zamanı təchizatın azaldılması mexanizmlərini əhatə edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Sudan ödənişli istifadə Qaydaları”nı yeni redaksiyada təsdiqləyib. Bununla bağlı qərar imzalayıb.

Suyun həcmi necə hesablanacaq?

Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlərlə, o cümlədən texniki qurğu və avadanlıqlar vasitəsilə su götürülməsinə görə ödənişlər təsdiq edilmiş tariflər və istifadə olunan suyun həcmi əsasında hesablanacaq. Müvafiq ödənişlər Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) xəzinə hesabına köçürüləcək.

Suyun həcmi ilk növbədə suölçmə cihazlarının göstəriciləri əsasında müəyyən ediləcək. Belə cihazlar olmadıqda isə alternativ hesablama üsullarından istifadə olunacaq.

enerjisi ilə işləyən qurğular vasitəsilə su götürüldükdə, aylıq elektrik enerjisi sərfiyyatı həmin qurğunun bir kubmetr suyun götürülməsinə sərf etdiyi elektrik enerjisi göstəricisinə bölünməklə suyun həcmi hesablanacaq.

Elektrik enerjisindən istifadə edilmədikdə və suölçmə cihazı olmadıqda, hesablamalar suyun götürülmə məqsədi və texniki qurğunun imkanları nəzərə alınmaqla aparılacaq.

Bu halda:

  • Sənaye məqsədilə götürülən yerüstü suyun həcmi qurğunun illik maksimum su götürmə imkanının 50 faizi;
  • Digər məqsədlər üçün götürülən yerüstü və yeraltı suyun həcmi isə həmin imkanın 10 faizi həcmində hesablanacaq.

Hidroenergetika məqsədilə götürülən suyun həcmi istehsal edilən elektrik enerjisinin miqdarına uyğun müəyyənləşdiriləcək. Sudaşıyan avtomobillərlə götürülən suyun həcmi isə müvafiq su təchizatı qurumu ilə hüquqi və ya fiziki şəxs arasında imzalanan akt əsasında hesablanacaq.

Suölçmə cihazlarının quraşdırılması su istifadəçilərinin öhdəliyində olacaq. Alternativ hesablama üsulları cihazlar quraşdırılanadək tətbiq ediləcək.

Hansı hallarda sudan istifadəyə görə ödəniş tutulmayacaq?

Qaydalarda bəzi istisnalar da nəzərdə tutulub. Belə ki, aşağıdakı hallarda təbii su mənbələrindən götürülən suya görə ödəniş tutulmayacaq:

  • “Regional Su Meliorasiya” QSC-nin emal edilməmiş su ilə təmin edilməsi;
  • “Regional Su Meliorasiya” QSC və “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən içməli su təchizatı;
  • “AzərEnerji” ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Su obyektlərinə tullantı sularının axıdılmasına görə ödəniş isə faktiki axıdılan tullantı sularının həcmi əsasında hesablanacaq.

Su ehtiyatlarının uçotuna, ödənişlərə və sudan istifadəyə nəzarəti ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti həyata keçirəcək.

Xam suyun pulunu növbəti ayın 10-dək ödəmək lazım olacaq

“Regional Su Meliorasiya” QSC istehlakçıları ödənişli əsaslarla xam su ilə təmin edəcək. Ödənişlər təsdiq edilmiş tariflərə və təchiz olunan suyun həcminə uyğun hesablanacaq.

Xam suya görə ödənişləri Sudan İstifadəedənlər Birlikləri (SİB), suvarma suyunu birbaşa alan kənd təsərrüfatı istehsalçıları, qış otlaqlarının və örüşlərin istifadəçiləri, balıqçılıq təsərrüfatları, ev təsərrüfatları, sənaye və energetika müəssisələri, “İri Şəhərlərin Su Təchizatı” QSC, eləcə də digər hüquqi və fiziki şəxslər həyata keçirəcəklər.

SİB-lər istisna olmaqla, istehlakçılara xam suyun verilməsi aylıq su istifadə qrafikini əks etdirən müqavilə əsasında təşkil olunacaq.

Suyun həcmi suölçmə cihazları ilə müəyyən ediləcək. Belə cihaz olmadıqda isə suyun verilməsi və istifadəsi barədə aylıq hesabat təsdiqlənəcək və müvafiq akt tərtib olunacaq.

İstehlakçılar cari ay ərzində aldıqları xam suyun dəyərini növbəti ayın 10-dək ödəməli olacaqlar.

Su qıtlığı yaranarsa, təchizat azaldıla bilər

Yeni qaydalara əsasən, xam suyun təchizatı su mənbələrinin və suvarma sistemlərinin imkanları nəzərə alınmaqla həyata keçiriləcək.

Sərhəd çaylarından su götürülməsi qonşu dövlətlərlə bağlanmış sazişlərdə müəyyən edilən limitlərə, ölkə çaylarından su götürülməsi 75 faiz təminatlı illik su axımına, digər mənbələrdən su götürülməsi isə təsdiq edilmiş istifadə limitlərinə uyğun olacaq.

Su mənbələrində çatışmazlıq yarandıqda, fors-major hallar istisna olmaqla, “Regional Su Meliorasiya” QSC istehlakçıları 30 təqvim günü əvvəlcədən xəbərdar etməklə verilən xam suyun həcmini mütənasib şəkildə azalda biləcək.

Bu zaman əhalinin içməli suya olan tələbatı nəzərə alınmalı, suyun bölüşdürülməsində bərabər təminat prinsipi əsas götürülməlidir.

İstehlakçılar da təchiz ediləcək suyun həcminin dəyişdirilməsi ilə bağlı təkliflərini su verilməsinə başlanmazdan ən azı 30 təqvim günü əvvəl müvafiq quruma təqdim etməlidirlər.

İçməli suya görə ödənişlər istehlakçı qruplarına uyğun hesablanacaq

Mərkəzləşdirilmiş içməli su təchizatı “İri Şəhərlərin Su Təchizatı” QSC və “Regional Su Meliorasiya” QSC tərəfindən ödənişli əsaslarla həyata keçiriləcək.

İstehlakçılar üç qrupa bölünəcək:

  • Əhali: yaşayış evlərində, mənzillərdə, qarajlarda, həyətyanı və bağ sahələrində məişət ehtiyacları, o cümlədən suvarma üçün sudan istifadə edənlər;
  • Qeyri-əhali: digər istehlakçılar;
  • İçməli sudan xammal kimi istifadə edənlər: içməli sudan yararlanmaqla sənaye üsulu ilə içki istehsal edən qeyri-xidmət sahələri.

Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər əhali qrupuna daxil edilməyəcək.

Suya görə ödənişlər təsdiq edilmiş tariflər əsasında hesablanacaq. İçki istehsalçıları üçün tullantı sularının axıdılması xidmətinə görə haqq da sudan istifadə tarifinə daxil ediləcək.

Suvarma suyunun qiymətini kim müəyyən edəcək?

Sudan İstifadəedənlər Birlikləri əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini ödənişli əsaslarla həyata keçirəcəklər.

Birliklər suvarma suyunun qiymətini təsdiq edilmiş sudan istifadə tarifinin yuxarı həddini aşmamaq şərtilə sərbəst müəyyən edə biləcəklər.

SİB-lər həmçinin suvarma suyunun uçotunu aparmalı, istehlakçıların siyahısını müəyyənləşdirməli, su istifadə qrafiklərinə əməl olunmasına və ödənişlərin həyata keçirilməsinə nəzarət etməlidirlər.

Əkin sahələrinə verilən suyun həcmi suölçmə cihazları ilə müəyyən ediləcək. Cihaz olmadıqda isə müvafiq əkin sahələri üçün nəzərdə tutulmuş suvarma normaları əsas götürüləcək.

Beləliklə, yeni redaksiyada təsdiqlənən qaydalar su ehtiyatlarının uçotunun aparılmasını, sudan istifadənin həcminin müəyyənləşdirilməsini və su təchizatı xidmətlərinə görə ödənişlərin tənzimlənməsini nəzərdə tutur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…