İngiltərə çempionatının 12-ci turunda “Liverpul” səfərdə “Everton”la qarşılaşıb. Mersisayd derbisi 1:1 hesabı ilə başa çatıb.
Dominik Soboslai oyunun 5-ci dəqiqəsində “Liverpul”u önə keçirib. 20 dəqiqə sonra Ceremi Frimponqun avtoqolu “Everton”a hesabı bərabərləşdirməyə imkan verib.
“Liverpul” 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 17 xalı olan “Everton” 8-ci yerdə qərarlaşıb.