“Barselona” Məhəmməd VI futbol akademiyasında çıxış edən 18 yaşlı müdafiəçi İlyas Hidaoui ilə maraqlanır. Kataloniya klubu mərakeşli futbolçunun transferi üçün artıq rəsmi təklif göndərib. Bu barədə “Sport.es” məlumat yayıb.
“Sport.es”in xəbərinə görə, Hidaoui uğrunda mübarizədə “Barselona” İngiltərə Premyer Liqasının bir neçə klubu ilə rəqabət aparmalı olacaq. Onların arasında “Everton” əsas rəqib hesab olunur.
Məhəmməd VI futbol akademiyasının rəhbərliyi qərar verməyə tələsmir və təklifləri diqqətlə nəzərdən keçirmək niyyətindədir. 18 yaşlı müdafiəçinin karyerasının növbəti mərhələsini seçərkən maliyyə təklifi ilə yanaşı, klubların idman layihəsi də mühüm rol oynayacaq.