“Mançester Yunayted”in mərkəz müdafiəçisi Eyden Heven başqa kluba icarə əsasında keçməyə açıqdır. ESPN The Sun-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “Barselona”nın diqqət mərkəzindədir.
Məlumata görə, Hevenlə “Fulhem” də maraqlanır. Eyni zamanda “Fulhem”in müdafiəçisi Kalvin Bassi “Mançester Yunayted”ə keçə bilər.
Heven cari mövsümdə bütün turnirlərdə səkkiz oyunda iştirak edib. Futbolçunun “Mançester Yunayted”lə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, müdafiəçinin bazar dəyəri 30 milyon avrodur.