Yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyə çalışan "Mançester Yunayted" klubu diqqətini müdafiə xəttinin sol cinahına yönəldib. Komanda rəhbərliyi müdafiə potensialını artırmaq üçün bir neçə variantı nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəflərindən biri "Fulhem" klubunun müdafiəçisi Entoni Robinsondur.
Bununla yanaşı, klub rəhbərliyi "Nyukasl"ın oyunçusu Lüis Hollun çıxışını da yaxından izləməyə davam edir.
Transfer siyahısında yer alan 28 yaşlı Entoni Robinson ötən mövsüm İngiltərə Premyer Liqasında 22 matçda meydana çıxıb və bir dəfə rəqib qapısına yol tapıb.
Futbolçunun "Fulhem" ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transfer bazarında onun dəyəri təxminən 22 milyon avro olaraq qiymətləndirilir.