Əsas məzmuna keç

"Mançester Yunayted" iki yarımmüdafiəçisi ilə yollarını ayırır

"Mançester Yunayted" iki yarımmüdafiəçisi ilə yollarını ayırır

İngiltərə təmsilçisi yay transfer pəncərəsi dövründə heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.

en ru

İngiltərənin "" klubu cari mövsümün sonunda heyətində ciddi təmizləmə işləri aparacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yay pəncərəsi zamanı iki yarımmüdafiəçisi ilə vidalaşacaq.

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi və məşqçilər korpusu Manuel Uqarte və ilə yolları ayırmaq qərarına gəlib. Bu futbolçuların gedişi klubun orta xəttində yenilənmə prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda "Mançester Yunayted"in "Atalanta"nın yarımmüdafiəçisi Edersonu transfer etməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı.

Ötən mövsüm İngiltərə Premyer Liqasında uğurlu çıxış edən "Mançester Yunayted" 71 xal toplayaraq turnir cədvəlini üçüncü pillədə başa vurub. Maykl Karrikin rəhbərlik etdiyi kollektiv bu nəticə ilə növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı bacarıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…