Əsas məzmuna keç

ABŞ Körfəz ölkələrini mümkün hücumlara hazır olmağa çağırdı - KİV

ABŞ Körfəz ölkələrini mümkün hücumlara hazır olmağa çağırdı - KİV

“Wall Street Journal”ın məlumatına görə, Vaşinqton bəzi Körfəz ölkələrini ABŞ Konqresinə aralıq seçkilərdən sonra İrana qarşı mümkün hücumlara hazır olmağa çağırıb. ABŞ qüvvələrinin bölgədəki hazırlıqlarını gücləndirdiyi iddia olunur.

en ru

Birləşmiş Ştatlar və İsrailin İran İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazırlaşdığına dair analitik indikatorlar və kəşfiyyat siqnalları artmaqdadır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən yaydığı məlumata əsasən, Vaşinqton və Tel-Əviv arasında hərbi-diplomatik kanallarla intensivləşən təmaslar İrana qarşı yeni zərbələr ssenarisini gündəmin ön sırasına çıxarıb.

WSJ nəşrinin məlumatlı mənbələrə istinadən yazdığına görə, Ağ Ev administrasiyası Birləşmiş Ştatlarda noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra başlana biləcək qısamüddətli, lakin kəskin intensivlikli hərbi əməliyyatlara hazır olmaları üçün Fars körfəzindəki bir sıra mütəffiqlərini rəsmən xəbərdar edib.

Bölgədə dislokasiya olunan Silahlı Qüvvələrinin kontingenti döyüş sursatı ehtiyatlarını maksimum həddə çatdırır, strateji aviasiya və döyüş təyyarələri isə mümkün hava zərbələri üçün tam hazır vəziyyətə gətirilir. Məqalədə vurğulanır ki, gələn ay Yaxın Şərqdə artıq fəaliyyət göstərən təxminən 20 hərbi gəmidən ibarət dəniz qruplaşmasına əlavə olaraq daha bir aviadaşıyıcı zərbə qrupu və dəniz piyadaları birliyinin də qoşulacağı gözlənilir.

Daha əvvəl CNN telekanalı da analoji hərbi-strateji məlumatlar yayaraq, Yaxın Şərqdəki ABŞ hərbi komandanlığının Trampdan birbaşa əmr aldığı təqdirdə 96 saat ərzində İrandakı strateji obyektlərə qarşı irimiqyaslı hava və raket zərbələri endirməyə tam hazır olduğunu bildirmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…