Azərbaycan 2027-ci il İspaniya Superkubokuna ev sahibliyi etmək üçün təklif verən ölkələr arasında yer alıb. İspaniya Kral Futbol Federasiyasının (RFEF) baş direktoru Manuel Lalinde bu barədə “MARCA” və “DAZN” tərəfindən təşkil olunan forumda danışıb.
Lalindənin sözlərinə görə, turnirin 2027-ci ildə təşkili üçün ABŞ, Çin, Azərbaycan, Mərakeş və Qətərdən təkliflər daxil olub. İspaniya Superkubokunun ənənəvi ev sahibi Səudiyyə Ərəbistanında gələn il Asiya Kuboku keçiriləcəyi üçün yarışın başqa ölkədə təşkili nəzərdən keçirilib.
Nəticədə 2027-ci il İspaniya Superkubokunun İstanbulda keçirilməsi qərara alınıb. Yarımfinal oyunları fevralın 2-də və 3-də, final isə fevralın 6-da baş tutacaq.