“Sabah”ın yarımmüdafiəçisi İvan Lepinitsa Avropa klublarının diqqətini cəlb edib. Sport24.az-a istinadən yayılan məlumata görə, Xorvatiyanın “Hayduk” klubu 27 yaşlı futbolçunun müqavilə şərtlərini və hazırkı statusunu yaxından izləyir.
Lepinitsanın “Sabah”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Azərbaycan çempionu xorvatiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
İvan Lepinitsa 2024-cü ildən “Sabah”da çıxış edir. O, karyerası ərzində ölkəsində “Riyeka”, “Zadar” və “Slaven Belupo” klublarında da oynayıb.