Əsas məzmuna keç

Lorenzo Mezzotero “Sampdoriya”nın əsas komandasının heyətinə çağırılıb

Lorenzo Mezzotero “Sampdoriya”nın əsas komandasının heyətinə çağırılıb
— Foto: idman.biz

Azərbaycan vətəndaşı olan hücumçu B Seriyasının IX turunda “Askoli” ilə oyunun iştirak ərizəsinə daxil edilib. Mezzotero “Primavera 2”də altı matçda səkkiz qol vurub.

en ru

İtaliyanın “Sampdoriya” klubunun azərbaycanlı hücumçusu Lorenzo Mezzotero əsas komandanın “Askoli” ilə qarşılaşma üçün iştirak ərizəsinə salınıb. Baş məşqçi Luka Dancelo 18 yaşlı futbolçunu B Seriyasının IX turunun oyununa çağırıb.

“Sampdoriya”nın U-19 komandasının kapitanı olan Mezzotero mövsümə məhsuldar başlayıb. O, “Primavera 2” çempionatında keçirdiyi altı oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib. Hücumçu hazırda turnirin bombardirlər siyahısına başçılıq edir.

Əsas komandada debüt edib

Mezzotero “Askoli” ilə matçda meydana çıxmayıb. 39 nömrəli formanı geyinən futbolçu daha əvvəl “Yuve Stabiya” və “Palermo” ilə görüşlərin son dəqiqələrində əsas komandanın heyətində oynayıb.

İtaliyanın Monza şəhərində anadan olan Mezzotero uşaqlığını Azərbaycanda keçirib. Atasının SOCAR-da işləməsi ilə əlaqədar 2014-cü ildə Bakıya köçən futbolçu futbola “”ın uşaq komandalarında başlayıb, daha sonra “Leon” və “” akademiyalarında çıxış edib.

2020-ci ildə ailəsi ilə İtaliyaya qayıdan hücumçu “Atalanta” və İspaniyanın “Marcet” akademiyalarında hazırlıq keçib. O, 2024-cü ildə “Sampdoriya”ya qoşulub və avqustun 29-da “Yuve Stabiya” ilə oyunda əsas komandada debüt edib.

vətəndaşı olan Mezzotero bu ilin iyununda U-21 millimizin heyətində ilk oyununu keçirib. O, iyunun 6-da Bəhreynlə yoxlama matçında (3:0) millimizin üçüncü qolunu vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…