Əsas məzmuna keç

“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarlayıb

“Sabah” Azərbaycan çempionatının rekordunu təkrarlayıb
— Foto: Report.az

Paytaxt klubu Misli Premyer Liqasının ilk 8 oyununda cəmi 1 qol buraxıb. Bu göstərici ölkə çempionatları tarixində beşinci dəfə qeydə alınıb.

en ru

“Sabah” çempionatları tarixində qeydə alınmış rekordu təkrarlayıb. Misli Premyer Liqasının geridə qalan hissəsində paytaxt təmsilçisi keçirdiyi 8 oyunda cəmi 1 qol buraxıb.

Komandanın hər oyuna buraxdığı qolların orta göstəricisi 0,125-dir. Peşəkar Futbol Liqasının məlumatına görə, 1992-ci ildən keçirilən ölkə çempionatında ilk 8 matçda yalnız 1 qol buraxmaq ümumilikdə beşinci dəfə baş verib.

Son 10 mövsümdə bu nəticəyə ilk dəfə nail olunub. Çempionatın ilk 8 oyununda cəmi 1 qol buraxan son komanda 2016/2017 mövsümündə “” olub.

Rekord ilk dəfə 2001/2002 mövsümündə “” tərəfindən qeydə alınıb. Altı il sonra AZAL, daha 9 il sonra isə “Xəzər Lənkəran” həmin göstəricini təkrarlayıb. “Sabah”ın nəticəsi bu komandaların göstəricisinə bərabər olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…