Əsas məzmuna keç

“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 250-ci oyununu keçirdi

“Zirə” Rəşad Sadıqovun rəhbərliyi altında 250-ci oyununu keçirdi
— Foto: idman.biz

“Zirə” Misli Premyer Liqasının IX turunda “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Bu qarşılaşma Rəşad Sadıqovun komandanın baş məşqçisi kimi 250-ci oyunu olub.

en ru

Misli Premyer Liqasının IX turunda “”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin məlumatına görə, qəsəbə klubu Sadıqovun rəhbərliyi altında 250-ci matçına çıxıb.

“Zirə” yubiley oyununda doğma meydanda “”ı qəbul edib və 3:2 hesablı qələbə qazanıb. Sadıqov 2020-ci ilin iyulundan komandaya rəhbərlik edir.

Onun rəhbərliyi dövründə “Zirə” 112 qələbə qazanıb, 76 heç-heçə edib və 62 dəfə məğlub olub. Bu oyunlarda komandanın vurduğu və buraxdığı qolların fərqi 316-237-dir.

Keçirilən 250 matçın 206-sı Premyer Liqada, 28-i Kubokunda, 16-sı isə avrokuboklarda olub. Sadıqovun “Zirə”də debütü 2020-ci il avqustun 23-də baş tutub. Həmin gün komanda Premyer Liqanın səfər matçında “Qəbələ” ilə 1:1 hesablı heç-heçə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…